Prezident təqaüdçüsü olan əməkdar jurnalist vəfat etdi - FOTO

media-hightechnic-468x90

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib.

E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05