!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident və xanımı “Qobu Park”ın açılışında

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Yenicag.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.

Dövlət başçısı və xanımı mənzillərə baxıblar.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.

***

Bu gün Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi.

Qeyd edək ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Bundan başqa, yolboyu 450 metr uzunluğunda istinad divarları inşa olunub, bütün infrastruktur yaradılıb. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Eyni zamanda, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır. Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən “Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb. Bununla da Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən yola birbaşa çıxış təmin olunub.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

COP29

www.yenicag.az

3166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv