“75 yaşım tamam olur, sənətimin də 50 illiyidir. Bir yandan da sabah Musiqi Gününü qeyd edəcəyik. Belə bir xoş gündə Prezident məni və ailəmi sevincə qərq etdi. Ona minnətdaram”.
Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin ev hədiyyə etdiyi tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyev təəssüratlarını bölüşərkən deyib.
Tarzən həmin evdə hələ çox işlər görəcəyini bildirib:
“O evdə çox planlarım var, şəhərə yaxındır, oturub rahatlıqla yaradıcılıq işlərimi reallaşdıracağam. Sevinc içindəyəm, gözlədiyim evdə reallaşdıracağım arzularım hələ çoxdur”.
Cəvahir
www.yenicag.az