Prezidentin kino ilə bağlı fərmanına Xalq artistindən REAKSİYA: “Bu xəbər məni çox sevindirdi” - VİDEO

media-hightechnic-468x90

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” imzaladığı Fərman kino xadimləri tərəfindən sevinclə qarşılanıb.

Yenicag.az-a açıqlama verən tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva Fərmanın Azərbaycan kinosunun inkişafına təkan verəcəyini bildirib:

“Çox gözəl və sevindirici bir xəbərdir. Kinoya sənət kimi baxan gənclərə dəstək vermək lazımdır. Onların xarici ölkələrdə təhsil alması üçün iş görülməlidir. Sözsüz ki, bu işlə məşğul olanların işə münasibətindən çox şey asılıdır. Yaxşılığa doğru dəyişikliklər olacaq. İnşallah, kinomuz sənət kimi yaşasın. Çünki kinomuzu sənət səviyyəsinə qaldırmalıyıq”.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600