Prezidentlər görüşəcək

media-hightechnic-468x90

f6706bf221910ba2692172b0419f83fcBelarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək.

A. Lukaşenko görüşün dekabrın 21-də baş tutacağını bildirib.

“Ukrayna prezidenti dünən mənimlə telefon əlaqəsi saxladı və bəzi məsələləri müzakirə etmək üçün görüşməyimizi xahiş etdi. Mən də bu görüşü istəyirəm, çünki biz hazırkı situasiyada bir çox məsələləri müzakirə etməliyik. Mən Ukrayna rəhbərliyini anlayıram və qeyd etmək istəyirəm ki, Ukrayna tərəfi növbəti dəfə Minsk danışıqlarının keçrilməsinin əleyhinə deyil. Poroşenko Luqansk və Donetsk rəhbərliyindən cavab gözlədiyini və razılaşma əldə olunacağı təqdirdə Minskdə atılacaq addımların müzakirəsinə hazır olduğunu dedi”, – deyə A. Lukaşenko bildirib.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600