“Prezidentlər yenə də görüşə bilər”

media-hightechnic-468x90

3a48d816fbc346c0c6f67a3b2c354588“Bu münaqişə bir günün içində həll olunan deyil”

“Dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bazeldə görüşü baş tuta bilər”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Paris görüşündə çox geniş müzakirələr aparılıb: “Müxtəlif səviyyədə görüşlər keçirilib. Prezident Ollandla da görüşlər olub. Bu, bir addımdır, bir prosesdir. Olland açıqlamasında artıq sülh sazişi üzərində işləməyin vaxtının çatdığını vurğulayıb. Bildiyiniz kimi, Madrid prinsipləri var. Doğrudur, bəzi məqamlar hələ razılaşdırılmayıb. Bu münaqişə bir günün içində həll olunan deyil. Hansı məqamlar qalıbsa, onların müzakirəsini davam etdirməliyik. Nyu-York görüşü bir təklifdir. Çox güman ki, dekabrın əvvəlində Bazeldə ATƏT-in XİN başçılarının görüşü zamanı Qarabağ münaqişəsi ilə bağlı da görüş olsun. Danışacağıq, müzakirələr aparacağıq. Ola bilər ki, yaxın müddətdə yenə də prezidentlərin görüşünə ehtiyac yaransın”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan sülh sazişi üzərində işi bitirməyi vacib sayır: “Biz deyirik ki, əlaqələr yaransın, icmalar arasında da münasibətlər qurulsun. Amma ən önəmli addım qoşunların Azərbaycandan çıxmasıdır. Qoşunlar çıxarılsa, bir çox maneələr aradan qalxar, sülh üçün imkanlar yaranar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600