“Prezidentlərin görüşü Rusiyanın diplomatik oyunudur”

media-hightechnic-468x90

11121Krımın Rusiya tərəfindən ilhaqının davam etdiyi və Şərqi Ukraynada seperatçılarla mərkəzi hökumət arasında gərginliyin artdığı bir zamanda Ukrayna prezidenti Petro Pareşonko ilə Rusoiya prezidenti Putin arasında görüş baş tutub. Belarusun paytaxtı Minsk şəhərində baş tutan görüş iki saatdan çox davam etsə də, görüşün nəticələri haqqında prezidentlərin heç biri geniş bilgi verməyib. Politoloqlar isə hesab edir ki, görüş Pareşonkonun təbirincə desək, kifayət qədər gərgin keçib. Bütövlükdə isə prezidentlərin məlum görüşünün Şərqi Ukraynadakı qarşıdurmaları səngidəcəyinə kömək edəcəyi ehtimal edilmir. Ekspertlərin fikrincə, görüşdən sonra Rusiya tərəfi Şərqi Ukrayna məsələsində heç bir öhdəlik götürmədiklərini və götürə də bilməyəcəklərini vurğulamaqla, məlum bölgədəki qarşıdurmaların bundan sonra da davam edəcəyinin anonsunu vermiş oldu.

Putin bütün dünyanı aldatmaq istəyir?

Açıqlama verən konfiliktoloq Elxan Mehdiyev isə hesab edir ki, Putinin Pareşonko ilə görüşü Rusiyanın diplomatik oyunundan başqa bir şey deyil. Ekspertin sözlərinə görə, Putin Pareşonko ilə görüşməklə Ukraynadakı problemin sülh yolu ilə həllinə cəhd etdiyini göstərməyə, beynəlxalq ictimaiyyəti bu yalana inandırmağa çalışır:
“Etiraf etmək lazımdır ki, Rusiya Ukrayna məsələsində yaxşı oyun oynayır. Diplomatik müstəvini boş qoymur. Putinin paroşenko ilə görüşü də buna hesablanıb. Putin bununla bütün dünyaya göstərmək istəyir ki, o, Ukrayna ilə dialoqdadır, prezident Pareşonko ilə görüşür və məsələləri dinc yolla həll etməkdə maraqlıdır. Digər tərəfdən Rusiyadan Ukraynaya keçirilən hərbi texnika və hərbi mütəxəssislərin sayı gündən-günə artmaqdadır. Şərqi Ukraynada tərəflər arasında hərbi qarşıdurma getdikcə daha ağır və ciddi mərhələyə keçir. Bütün bunlar onu göstərir ki, Rusiya problemin sülh yolu ilə həllində maraqlı deyil. Daha doğrusu, gərginliyi artırmaqla daha cidid siyasi hədəflərə çatmaq istəyir”.

“Rusiya seperatçıların neytrallaşdırılacağından ehtiyat edir”

E.Mehdiyevin fikrincə, Rusiya bundan sonra da eyni siyasəti davam etdirəcək, Ukrayna ilə diplomatik danışıqları davam etdirməklə paralel bu ölkəyə rus ordusunun yeridilməsi və hərbi əməliyyatların davam etdirilməsinə cəhd göstərəcək:
“Hesab edirəm ki, Rusiyanın prezidenti, bu ölkənin xarici işlər nazirliyi Ukrayna tərəfi ilə dialoqu davam etdirəcək, digər tərəfdən isə hərbi əməliyyatlara, ölkələrindən Ukraynaya göndərilən hərbi texnikaya göz yumacaq. Rusiya bununla danışıqlarda üstün mövqeyə sahib olmağa çalışır. Rusiya bu yolu tutub”.

Konfiliktoloqun fikrincə, Putini ən çox narahat edən amil Ukrayna ordusunun Şərqi Ukraynadakı seperatçıları məhv edə biləcəyi və bölgədə sabitliyi təmin edə biləcəyi ilə bağlıdır. E.Mehdiyevin sözlərinə görə, Putin Şərqi Ukrayna seperatçılarından Pareşonko ilə danışıqlarda alver predmeti kimi istifadə edir və Rusiya prezidenti düşünür ki, Ukrayna ordusu seperatçıları neytrallaşdırsa, o zaman Ukrayan ilə bazarlıq etmək üçün əlində heç bir ciddi vasitə olmayacaq:
“Ukrayna tərəfi Şərqi Ukraynadakı seperatçıları məhv edər, zərərsizləşdirərsə, o zaman Putinin zənnincə Pareşonko ilə danışılacaq bir şey qalmayacaq. Rusiya Krımı ilhaq edib. Indi isə digər əraziləri Ukraynanın suverenliyindən çıxartmaqla Ukraynanı çətin vəziyyətdə saxlayıb öz siyasi məqsədlərini həyata keçirməyə çalışır. Bu isə həm Avropa Birliyi, NATO ilə bağlıdır, həm də Ukraynanın gələcək taleyi ilə əlaqədardır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600