Prezidentliyə namizədin robot oxşarı yaradıldı

media-hightechnic-468x90

ABŞ prezidentliyinə namizəd, respublikaçı və Mayami meri Frensis Suaresin komandası süni intellektdən (Sİ) istifadə edərək siyasətçinin rəqəmsal əkizini hazırlayıb.

Yenicag.az “Fox News”a istinadla xəbər verir ki, Sİ “Francis Suarez” onu 2024-cü il seçki yarışının digər iştirakçılarından fərqləndirir və gələcəkdə ondan tam hüquqlu müsahibələr üçün istifadə etməyə ümid edirlər. .

Prezidentliyə namizədin dublyoru onun saytında seçicilərlə ünsiyyətdə olmaq, xüsusən onun siyasi mövqeyi ilə bağlı suallara cavab vermək üçün istifadə olunur. Süni intellekt tərtibatçıları vəd edirlər ki, potensial seçicilərin hər müraciəti ilə daha ağıllı olacaq:

“Biz Francis Suarez AI-ni təkmilləşdirməyə davam edəcəyik, onun imkanları hazırda məhduddur, yenilənəcək və müxtəlif suallara cavab verə biləcək. Biz bu aləti gücləndirməyi planlaşdırırıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600