Prodüser onları TOPA TUTDU: “Onda konservatoriya bağlansın”

media-hightechnic-468x90

“Amma bunların heç birinin notdan, muğamdan, intervaldan xəbəri yoxdur. İndi təsəvvür edin, musiqimiz nə gündədir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri prodüser-musiqiçi Asif Kərimov “Tarixin bir günü” verilişində deyib.

O, bayağı musiqilərin efirlərdə tüğyan etməsindən danışıb və bunu səbəblərini açıqlayıb:

“Əgər Azərbaycan musiqisinin yeni çıxmış 10-20 nəfər gənc müğənni korlayırsa, onda Azərbaycanda bütün musiqi məktəbləri, kolleclər və konservatoriyaları bağlamaq lazımdır. Deməli, bu qədər bu qədər peşəkarların onlara gücləri çatmır. Bu da, 90-cı illərdə yaranan boşluğun nəticəsidir.

Son zamanlar şərq üslubunda yazılan bütün mahnıların musiqisini meyxanaçılar yazır, estrada janrında yazanlar da repçilərdir. Demirəm ki, savadsızdırlar, amma bunların heç birinin notdan, muğamdan, intervaldan xəbəri yoxdur. İndi təsəvvür edin, musiqimiz nə gündədir”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05