Robert Prosineçki futbol üzrə Azərbaycan millisinin baş məşqçi postunda qalmaq istəmir.
Yenicag.az xəbər verir ki, bunu xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlmasında deyib.
O, son olaraq AFFA rəhbərliyi ilə görüşəcəyini bildirib: “Bir neçə gündən sonra Bakıya gedəcəm. Çox güman ki, Azərbaycanda qalmayacağam. Sloveniya millisini çalışdırmağımla bağlı yayılan xəbərlərə gəlincə, bunu mətbuatdan oxumuşam. Mənə hər hansı bir təklif gəlməyib”.
www.yenicag.az