Əhalinin psixoloji maarifləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərən PİMD İB növbəti proqram-layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Samur-Yalama Milli Parkında keçirib.
Yenicag.az xəbər verir ki, əksəriyəti gənclərdən ibarət iştirakçılar öncə “PsixoTur”-un proqramına uyğun olaraq Milli Parkın zəngin bioloji müxtəlifliyə malik təbiəti ilə tanış olmuş, onun necə qorunmasınının təsvir olunduğu qısa filmlər izləyiblər. Daha sonra gənclər qruplara bölünərək psixoloji kmliklərinin inkişafi yönündə kommunikasiya qurublar.
Psixoloq Kamil Həmidovun moderatorluq etdiyi qrupda gənclərlə iş “kitabla terapiya” (biblioterapiya) üsulunun bibliodrama texnikası üzərindən aparılıb. Digər qrupda Ayan Tağızadə geştalt terapevtik çalışmalarla emosiyaların insan həyatındakı rolundan bəhs edib. Yoqa təlimatçısı Günel Alisoy isə tədbirə qatılan hər kəslə tarixi və fəlsəfi kökləri qədim dövrə gedib çıxan yoqa təlimi keçirdi.
Yekunda nazirliyin nümayəndələri Turqut Əhmədov, Lalə Hacıyeva və Samur-Yalama Milli Parkının direktoru Aqşin Babayev çıxış edərək ekologiya sahəsində görülən işlər, bioloji müxtəlifliyin qorunması istiqamətində dövlətimizin apardığı səmərəli fəaliyyətindən danışaraq, gəncləri Milli Parklarımızı tanıtmağa, təbliğ etməyə səslədilər. Təşkilatın rəhbəri Kamil Həmidov Ekologiya və təbii sərvətlər nazirliyinin bütün əməkdaşlarına təşəkkür edərək, xüsusi əməyi olanlara və təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim etmişdir.
Təşkilatın fəaliyyətini sosial şəbəkələrdə izləyərək tanış ola bilərsiniz: https://www.instagram.com/psixomaariflendirme/
www.yenicag.az