Putin: “Aİ güclü iqtisadi artım mərkəzinə çevrilməlidir”

media-hightechnic-468x90

8b093aa8264b199bc9f87d4a93b6370d “Avrasiya İqtisadi İttifaqı digər ölkələr üçün də açıqdır”. Bunu Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra dövlət başçılarının mətbuat nümayəndələri üçün keçirdiyi brfinqdə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Avrasiya İttifaqı MDB-dəki bütün qonşularımız, Qərb və Şərqdəki tərəfdaşlarımız üçün açıqdır. Ermənistan və Qırğızıstanın quruma qoşulması bu ölkələrin inkişafına kömək edəcək. İştirakçıların sayının artması İttifaqın özünə xeyirlidir”,- deyə o vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, Avrasiya inteqrasiyası bütün tərəflərin fikirləri nəzərə alınmaqla, qarşılıqlı mənfəət və hörmət üzərində qurulub: “İttifaq üzvləri bərabər hüquqlara və vəzifələrə malikdirlər. Biz elə etməliyik ki, Avrasiya İttifaqı güclü iqtisadi artım mərkəzinə çevrilsin”.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600