Putin Çingiz Abdullayevi təltif etdi

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə “Dostluq” ordeni verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu haqda AYB.az saytının yaydığı məlumatda deyilir.

Sərəncamda bildirilir ki, orden Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının möhkəm dostluq əlaqələrinə və əməkdaşlığına xidmətə görə təqdim edilir.

Qeyd edək ki, “Dostluq” ordeni Rusiya Prezidenti tərəfindən nüfuzlu şəxslərə təqdim edilir. Ötən il bu mükafata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiq görülmüşdü.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa