Almaniya Kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin press-relizində deyilir.
Press-relizdə bildirilir: “Telefon danışığının mərkəzində tez zamanda “normand” formatında sammitin keçirilməsinə hazırlıq olub. Onlar həmçinin Suriya və Liviyadakı vəziyyəti, o cümlədən Ukrayna vasitəsilə qazın tranzitinin davam etdirilməsi haqqında davam edən danışıqları müzakirə ediblər”.
Qeyd edilir ki, telefon danışığı oktyabrın 19-u baş tutub./Trend/
www.yenicag.az