Çempionlar Liqasının 1/8 finalında “Sevilya”ya məğlub olduğu üçün tənqidlərə məruz qalan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.
Yenicag.az xəbər verir ki, o, açıqlamasında “qırmızı-şeytanlar”ı tərk etməyəcəyini bildirib:
“”Mançester Yunayted”in 7 ildə 4 fərqli baş məşqçi ilə bir dəfə avrokuboklara qatılmayan, iki dəfə mübarizəni qrupda dayandıran, və ən yaxşı göstəricisi 1/4 finala vəsiqə qazanmaq kimi mirası var. Premyer Liqa çempionluğu sonuncu dəfə 2012/2013 mövsümündə qazanıb. “Mançester Siti”nin isə son 7 ildə ən pis nəticəsi mövsümü 4-cü pillədə başa vurmasıdır. 2 dəfə qızıl, eyni sayda da gümüş medal qazandılar. Başqa nə miras var, bilirsiz? Otamendi, Kevin de Bryune, Fernandinyo, Silva, Sterlinq, Aquero kimi son iki ildə deyil, daha öncəki illərdə transfer edimiş, sərmayə yatırılmış ulduzlar. Bir gün burdan ayrılsam, məndən sonrakı baş məşqçi miras olaraq Lukaku, Matiç və David de Xeanı görəcək. Çempionlar Liqasının 1/4 finalına çıxanda hər zaman 4 klubu görürük – “Barselona” “Real”, “Yuventus”, “Bavariya”. Qaçıb gizlənib, ağlamayacam. Azarkeşə hörmətlə yanaşıram. Heç nədən qorxmuram. Son 10 ildə heç nə qazanmadım”.
www.yenicag.az