Reklam

Reklam

Tovuz rayonunda avtomobil qaçırılıb.

Yenicag.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 25-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən, orada yaşayan Sakit Yusifova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Tovuz RPŞ əməkdaşlarının apardığı araşdırmalarla avtomobili qaçıran şəxsin Əli Hüseynov olduğu müəyyən edilib.

Həmin avtomobilin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, “Hyundai” markalı avtomobillə toqquşması aşkar edilib.

Hadisə yerindən qaçmağa cəhd göstərən şəxs sərxoş vəziyyətdə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla əlaqədar Tovuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1060
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."