!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qadın alveri, narkotik, dələduzluq… – Şou-biznesin cinayətləri

!Reklam – Yazi

souBəzən yaradıclıq fəaliyyəti, bəzən isə qalmaqallarla gündəmə gələn bəzi sənət adamlarının adlarının cinayət əməllərində hallanması artıq adi hala çevrilib.

Belə ki, ötən həftə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov Binəqədi Rayon Polis İdarəsində olublar. Hər iki şəxsdən heç yerə getməmək haqda iltizam alınıb. O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

Ötən gün isə əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, musavat.com adları cinayət əməllərində hallanan sənət adamlarının siyahısını hazırlayıb.

2015-ci ilin son günlərində prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun avtomobili cərimə meydançasına aparılıb.

Ötən il reper Elşad Xose və “Dado”nun (Səid Əliyev) saxlanılması barədə xəbər yayılıb. Hər iki reperin saxlanılarkən üzərlərində narkotik maddənin olduğu qeyd olunsa da, daha sonra Səbail Rayon Polis İdarəsinin 39-cü polis bölməsinin rəisi Urxan Şirinov mətbuata açıqlamasında bildirmişdi ki, “Dado” ləqəbli reper Səid Əliyev ictimai asayişi pozduğuna görə, saxlanılıb. Elşad Xose isə “Dado” ilə dost olduğuna görə bölməyə gəlib.

Qeyd edək ki, E.Xose ilk dəfə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılmışdı və üzərindən 0,553 qram heroin götürülmüşdü. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılmışdı.

Müğənni Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli də ötən il həbs olunan tanınmışlar sırasındadır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, istintaqa cəlb edilmişdi.

Ötən ilin yanvar ayında tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) həbs edilib. Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinən prodüser avqust ayında azadlığa çıxıb.

Müğənni Maral Tahirqızı da 2015-ci ildə həbs olunub. Onun barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Müğənni Kərim Abbasov avtomobili yüksək sürətdə idarə etdiyi üçün saxlanılmışdı. Belə ki, müğənninin sosial şəbəkələrdə avtoşluq etməsi barədə video paylaşdıqdan sonra araşdırmalara başlanılıb.

Meyxanaçı Bayram Kürdəxanlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2014-cü ildə həbs edilib. Sabunçu rayon Məhkəməsi istintaq müddəti üçün onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və meyxanaçı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. O, 2015-ci ilin fevral ayında azadlığa çıxıb.

Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq, 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Fərid Quliyev 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xalq artisti Aygün Kazımovanın qardaşı, “Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov dələduzluqda təqsirləndirilərək, 2013-cü ildə həbs olunub. 10 il müddətində azadlıqdan məhrum edilən Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.

Mərhum şair-publisist Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli 18 sentyabr 2013-cü ildə narkotik istifadəçisi kimi həbs olunub.

Qeyd edək ki, A.Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirdiyi üçün məhkum olunmuşdu. O, cəzasının bitməsinə 4 ay qalmış azadlığa buraxılıb.

Müğənni Mətanət Əsədovanın bacısı Nurlanə Əsədova 2013-cü il oktyabrında 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. N.Əsədova Kürdəxanı istintaq təcridxanasında özünü asaraq, intihar edib.

Əməkdar artisti Rəhman Rəhmanovun oğlu ilk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, həbs olunub. Emil Rəhmanov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv