“Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.09.2023-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar: Neftçala rayonunda ailə başçısı həssas qadınlarının məşğulluğunun təmin edilməsi” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi – Neftçala rayonunda yeni fəaliyyətə başlayan sahibkarların dəstəklənməsi üçün ailə başçısı qadın olan ailələrin intensiv şəkildə bacarıqların artırılması və onların məşğulluğunun təmin edilməsidir. Layihə Neftçala rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil edəcək və onların biznes sahəsində ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək. 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 30 nəfər gənc qızlara “Biznes nədir?”, maliyyə savadlılığı və biznes plan adlı təlimlər keçiriləcəkdir. Layihə Neftçala rayonunda peşə təhsili alan gənc qızların iştirakı ilə həyata keçiriləcək.
www.yenicag.az