Qadınların makiyaj işgəncəsi-10 maddədə-Fotolar
Qadınlar hər zaman gözəl görünməyə can atırlar. Bəziləri vaxtını və pulunu salonlarda sərf edir, bəziləri isə ev şəraitində təbii qulluq maskaları hazırlamağa çalışır.
Yenicag.az qadınların gözəllik uğrunda apardığı mübarizəni təqdim edir.
1. Təbii yollarla qulluq maskalarınızı hazırlamaq üçün saatlarla internetdə araşdırarsınız.
2. Sizdə mütləq kosmetik vasitələrin siyahısı olur.
3. Hansı vasitədən nə qədər əlavə edəcəyinizə də heç cür qərar verə bilməyəcəksiniz. Dərhal belə bir fikir yaranacaq: “Bu qədər ərzaq almaqdansa hazır məhsul alsaydım, daha ucuz başa gələrdi”
4. Üzünüzə və saçlarınıza qəribə qoxulu yapışqan maddələr çəkmək məcburiyyətində qalıb, uzun zaman səbr etməli olacaqsınız. Güzgüyə baxıb dəhşətə gələcəksiniz..
5. Möcüzəvi bitkilər axtarışında olarkən ömrünüzü çürüdəcəksiniz.
6. Bütün çiçək və bitkilər sizə makiyaj ləvazimatı kimi görünəcək. “Sevgilim çiçək almışdı, dərhal internetdə araşdırdım”
7. Tez-tez yoldaşlarınızın “işə yarayır heç olmasa?” sualına məruz qalacaqsınız. Cavab verməkdə çətinlik çəkəcəksiniz..
8. Çox vaxt o qədər əmək sərf etməyinizə baxmayaraq istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.
9. Yaxşı bir başlanğıc etsəniz belə, zaman keçdikcə qarışığı hazırlamağa tənbəllik edəcəksiniz.
10. Və təbii qulluq maskalarınızı, hətta baxım həvəsinizi bütöv rəfə qaldırmağa qərar verəcəksiniz!