Qafqazın YENİ XƏRİTƏSİ: İran kənarda, Türkiyə isə ÖN SIRADA OLACAQ
“Qafqazın vahidliyi, Türkiyə Azərbaycan ortaqlığı, Azərbaycanın vahidliyi bu bölgədə dəngələri dəyişdirir”.
Bu fikri regiona baş verən proseslər, Zəngəzur dəhlizinin açılma ehtimalını Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Ermənistan, Azərbaycan, Türkiyənin ortaq dil tapması vacibdir:
“Zəngəzur dəhlizi strateji layihədir. Orta yolu keçəcəyi Azərbaycan, türk dünyası və Türkiyə üçün də əhəmiyyətli bir dəhlizdir. Burada onun iqtisadi mənfəətindən daha çox siyasi mənfəəti önəmlidir. İran bu yola türklərin sahiblənməsini özlərinin milli maraqlarına təhdid bilir. Müqavimətin kökündə bu dururdu. İran məsələsi siyasi gündəmdən sıxışdırılır. Meydanda ciddi geopolitik oyunçu Türkiyə var. Bundan əlavə Cənubi Qafqaz ölkələrinin bu layihədən kənarda qalmaması hədəfi var”.
“İran siyasi gündəmdən çıxırsa, Rusiya dramatik vəziyyətdədirsə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan, Azərbaycan, Türkiyənin ortaq dil tapması vacibdir. Paşinaynın Türkiyə səfərinin kökündə də vacib məsələ budur. Qafqazın vahidliyi, Türkiyə Azərbaycan ortaqlığı, Azərbaycanın vahidliyi bu bölgədə dəngələri dəyişdirir”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd