22:06
Türkiyə Super Liqasının XXIII turunda “Fənərbağça” və “Qalatasaray” arasında derbi oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionundakı qarşılaşma “Qalatasaray”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu iki komanda arasında 391-ci görüş idi. “Qalatasaray” “Fənərbağça”nı 1999-cu ildən səfərdə yenə bilmirdi.
***
“Qalatasaray” – “Fənərbaxça” derbisi və ya digər adı ilə Qitələrarsı derbi.
İstanbulun iki nəhəngi “Qalatasaray” – “Fənərbaxça”nın rəqabəti 1900-cü illərin lap əvvələrinə dayanır.
1905-ci ildə yaradılan “Qalatasaray”la 1907-ci ildə yaradılan “Fənərbaxça” ilk dəfə olaraq 19 yanvar 1909-cu ildə qarşı-qarşıya gəliblər. İlk oyun 2-0 “Qalatasaray”ın qələbəsi ilə bitib.
Rəqiblər ilk dəfə İstanbul Futbol Liqasında rəsmi oyuna çıxıblar. İlk rəsmi oyun 9 yanvar 19010-cu ildə baş tutub və iki oyunun nəticəsinə uyğun olaraq “Qalatasaray” “Fənərbaxça”nı 3-0 hesabı ilə udub.
İki kulub arasında bu günə qədər 390 oyun keçirilib. 390 oyunun 147-ni “Fənərbaxça” qazanıb, 123 oyun isə “Qalatasaray”ın xeyrinə bitib. İki klub arasında ən böyük hesablı qalibiyyət 1911-ci ildə İstanbul Liqasında “Qalatasaray”ın xeyrinə bitib – 7-0. Günümüzdəki ən fərqli hesab isə 6 noyabr 2002 ci ildə Super Liqada qeydə alınıb. Həmin oyun 6-0 “Fənərbaxça”nın xeyrinə bitib.
Sonuncu dəfə “Qalatasaray” “Fənərbaxça”nı rəqib meydanında 1999-cu ildə məğlub edə bilmişdi. Həmin gündən bu günə qədər “Qalatasaray” rəqib meydanda qələbəyə həsrət qalmışdı. Dəfələrlə Sarı-qırmızılı klub səfərdə üstün oynasa da, qələbə qazana bilmirdi. Sonuncu qələbədən bir neçə il sonra “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi Şükrü Saracoğlu stadionu haqqında tilsimlənib mifləri yayılmağa başladı. Mövsü ərzində hər nə qədər uğurlar olsa da, “Qalatasaray” tərəftarını ən çox düşündürən məhz səfər qələbəsinin gələməməsi olurdu. Düz 21 il bu tilsim davam etdi. Ümumiyyətlə, 21 il ərzində “Qalatasaray” hansı uğuru əldə edirdisə, etsin Türkiyənin futbol ictimayəti “Fənərbaxça” səfərində qələbə çala bilməmələrini “domokl qılıncı” kimi klubun başına vururdu. Hər yeni sezon başlayanda “Qalatasaray” tərəfdarını düşündürən bu olurdu – Bu il son olsun, “Fənərbaxça”nı öz yerində məğlub edə bilək. Hətta “Qalatasaray”ın ən sadiq tərəfdarları belə artıq neçə illərdir ki, çempion olmayaq, ancaq “Fənərbaxça”nı səfərdə udaq deyirdi.
Son zamanların ən fərqli məğlubiyyəti məhz “Qalatasaray”ın hazırkı baş məşqçisi Fatih Tərimin dövründə alıb – 6-0. Bu gün isə Fatih Tərim Şükrü Saracoğlu stadionunda tilsimi qıra bildi.
www.yenicag.az