"Qalstuku kürəyində, mikrofonu sönülü..." – Vüsalə Əlizadə efirdə OD PÜSKÜRDÜ

media-hightechnic-468x90

“Qalstuku əyilib gedib kürəyinə, xəbəri yoxdur…”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “İncəSəhər” verilişində deyib.

O, sənət adamları haqqında söylədiyi fikirləri ilə diqqəti üzərinə çəkib. Aparıcının sözlərinə görə, sənətkarın gözəl səsi olmaqla bərabər, həm də mükəmməl danışıq qabiliyyəti və estetik görünüşü olmalıdır:

“Mikrofonu sönüb, yandırmayıb, amma danışır. Qalstuku əyilib gedib kürəyinə, xəbəri yoxdur. Belə nüansları nəzərə alsaq, özündən müştəbeh olub tamaşaçıya deyə bilməzsən ki, ‘mən sənətkaram, nə təqdim etsəm, qəbul etməlisən’. Tamaşaçı səni həmişə mükəmməl görmək istəyir, sənin səhvini, qüsurunu qəbul etmir.

Deyə bilərsən ki, mən müğənniyəm, mahnını düz oxuyum, danışanda səhv etsəm də olar. Xeyr, bu, doğru deyil. Sən sənət adamısan, tamaşaçı səndən düzgün nitq, gözəl danışıq tələb edir. Çünki sən sonrakı nəsil üçün etalonsan və onlar səndən görüb öyrənir”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05