Qanlı gecənin şahidi olan Əməkdar artist: “Atam o insanların arasında idi...”

media-hightechnic-468x90

“Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Əməkdar artist, tanınmış aktyor və aparıcı Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşımında belə yazıb.

O, faciə yaşanan gecə atasının da azadlıq savaşına çıxan o əliyalın insanların arasında olduğunu bildirib:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır. 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05