Qanunsuz ov edən şəxslər saxlanılıb

media-hightechnic-468x90

17945001Saatlı rayonunda qanunsuz ov edilməsi faktı aşkarlanıb.

Saatlı rayon Polis Şöbəsindən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Sarısı gölündə qanunsuz ovla məşğul olan rayon sakinlərini tutulub. Ərazi Ekologiya idarəsi və rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər zamanı Saatlı rayon sakinləri Ülkər Qarayev və Zahid Novruzov qanunsuz ov edən zaman saxlanılıb. Keçirilən reyd zamanı onların idarə etdikləri avtomobil saxlanılaraq ona baxış keçirilib.

Avtomobildən qanunsuz ovlanmış 23 ədəd müxtəlif növ ov quşları və sənədsiz 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600