!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” ard-arda 2 dəfə məğlub oldu

!Reklam – Yazi

“Qarabağ” komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində bu gün keçirdiyi birinci yoxlama oyunundan məğlub ayrılıb. Komandamız Çexiyanın “Siqma” klubuna uduzub.

Yenicag.az xəbər verir ki, rəqib matçın 23-cü dəqiqəsində hesabı açıb və fasiləyə 1:0 hesablı qələbə ilə yollanıb. İkinci hissəyə sürətli başlayan komandamız matçın 59-cu dəqiqəsində hesabı bərabərləşdirib. Musa Qurbanlının zərbəsi dəqiq alınıb. Bu qoldan 2 dəqiqə sonra Çexiya təmsilçisi yenidən hesabda önə keçib 1:2. Oyunun son dəqiqəsində isə rəqib daha bir dəfə fərqlənib. Qarşılaşma komandamızın 1:3 hesablı məğlubiyyətiylə başa çatıb.

Komandamız ikinci yoxlama oyunundan da məğlub ayrılıb. Kollektiv bu dəfə Polşanın “Visla” (Plok) klubu ilə qarşılaşmada uduzub – 2:3. (qafqazinfo)

www.yenicag.az

1432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv