!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" azarkeşlərinin zorakılığı: Bu dəfə də "Kopenhagen"...

!Reklam – Yazi

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Danimarkanın “Kopenhagen” klubunun rəsmi “facebook” səhifəsinə Azərbaycandan giriş bağlanılıb.

Yenicag.az xəbər verir ki, buna ağdamlı azarkeşlərin “Kopenhagen”in səhifəsinə hücum edərək, nalayiq ifadələr, təhqirlər yazmaları səbəb olub.

Maraq üçün bildirək ki, bu, ilk belə hal deyil. Dəfələrlə “Qarabağ”ın rəqibləri “facebook” səhifələrinə ölkəmizdən girişi qadağan edib. Ancaq buna baxmayaraq, əksər azarkeşlər utancverici əməllərindən çəkinmirlər.

Nəticədə isə əcnəbilər bizləri vandal biriləri kimi tanıyır. Halbuki, unuduruq ki, “Qarabağ” təkcə futbol komandası deyil, erməni zorakılığını dünyaya çatdıran ən ucasəsli carçımızdır. Azarkeşlər isə rəqibin səhifəsində Qarabağ həqiqətlərindən, müharibə qurbanlarından, klubun işğal olunduğu şəhər barədə yazmaq əvəzinə, ən çirkin yola əl atırlar.

Yenicag.az

COP29

www.yenicag.az

1320
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv