Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək.
Yenicag.az xəbər verir ki, öncə çempionumuzun qrupdakı ev oyunlarını da təsnifat mərhələsində olduğu kimi, mərkəzi arenada keçirəcəyi bildirilirdi. Hətta UEFA-nın rəsmi saytında da Ağdam klubunun İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” (Madrid) komandalarını “Tofiq Bəhramov”da qəbul edəcəyi göstərilib.
Lakin sonradan Ağdam təmsilçisinin rəhbərliyi fikrini dəyişib. Belə ki, komandamız nüfuzlu rəqiblərini daha böyük azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda qəbul edəcək. Baş məşqçi Qurban Qurbanov da sözügedən arenaya baş çəkib, ot örtüyünün vəziyyəti ilə tanış olub və razı qalıb. Məhz bundan sonra ÇL-in qrup oyunlarının “Tofiq Bəhramov”da yox, BOS-da keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Azərbaycan çempionu ilk ev oyununu İtaliyanın “Roma” klubuna qarşı keçirəcək. Həmin oyun sentyabrın 27-də baş tutacaq.
www.yenicag.az