“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.
Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.
Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə “köhlən atlar” yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.
***
Matçda qonaqlar 3:2 hesabı ilə önə keçiblər.
Rumınların heyətində 73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.
***
David Mikulesku 45+4-cü dəqiqədə hesabı bərabərləşdirir – 2:2.
***
Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.
***
Matçda qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.
***
Matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.
***
Qarşılaşma başladı.
***20:56
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” – FCSB (Rumıniya) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Fabian Buntiç, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Yankoviç, Leandro Andrade, Aleksey Kaşuk, Abdullah Zubir, Nəriman Axundzadə.
FCSB: Ştefan Tırnovanu, Radunoviç, Dava Coyskim, Siyabonqa Nqezana, Valentin Kreçu, Adrian Şut, Baba Alhassan, Marius Ştefenesku, Florin Tanase, David Mikelesku, Daniel Birlidca.
www.yenicag.az