“Qarabağ”ın rəqibi 483 milyon avroya yeni futbolçular aldı
“Liverpul” 2025-ci ilin yay transfer pəncərəsində yeni oyunçular üçün rekord məbləğ – 483 milyon avro xərcləyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
Klub yeddi futbolçu alıb. Onların arasında İngiltərə Premyer Liqasında (APL) rekord məbləğə – 144 milyon avroya alınan forvard Alexander İsak və ingilislərin 125 milyon avro ödədiyi forvard Florian Virtz də var.
“Liverpul” London klubunun yeni oyunçular üçün 2023-cü ilin yayında 464 milyon avro xərcləyən “Çelsi”nin rekordunu qırıb.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. /unikal