!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ klanı” FƏALLAŞDI – Kəlbəcərdə səngərlər QAZILIR

!Reklam – Yazi

“Gərginliyi yaratmağa xidmət edən qüvvə Ermənistan daxilindən də çox, şimal qonşumuzdur”.

Bu fikri Ermənistanda müharibə ritorikasının artması, “Qarabağ klanı”nın aktivləşməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, Ermənistanın təxribatları Azərbaycana primitiv zərbələr endirməyə əsas verəcək:

“Qarabağ klanı” Ermənistanda çox aktivləşib. Seyran Ohanyan, Karapetyan, Robert Koçaryan Ermənistan ordusunun güclənməli olduğunu və yenidən Qarabağı işğal etmək istədiklərini dilə gətirirlər. “Qarabağ klanı” Rusiyaya bağlıdır. Separatçıların çıxışları Azərbaycanla Rusiya arasında təyyarə qəzasına görə yaranan gərginlikdən sonraya təsadüf edir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, Ermənistan tərəfi Kəlbəcər istiqamətində səngərlər qazırlar, mühəndis-istehkam işləri görür:

“44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra Qarabağdakı separatçıların “ordusu” Ermənistan ordusuna qəbul edildilər. Ermənistan ordusunda elə qruplar var ki, hazırkı Ermənistan hərbi-siyasi hakimiyyəti onlara nəzarət edə bilmir. Hesab edirəm ki, onlar hər hansı təxribatlar törədə bilərlər. Belə olan halda, onlara primitiv zərbələr endirilə bilər. Güman edirəm ki, bu gərginliyi yaratmağa xidmət edən qüvvə Ermənistan daxilindən də çox şimal qonşumuzdur. Ermənistanın və revanş istəyənlərin dedikləri baş tuta bilməz. Toqquşma, şərti sərhəd pozuntusu ola bilər, ancaq genişmiqyaslı müharibə gözləmirəm. Azərbaycan ordusu, xalqı möhkəm olmalıdır. Azərbaycanın mövqeyi onu deməyə əsas verir ki, biz geri addım atmayacağıq”.

Səxavət Məmməd

www.yenicag.az

70
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv