Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ” klubu ispaniyalı hücumçu ilə anlaşdı

Reklam: High Technic

“Qarabağ” klubu daha bir ispaniyalı futbolçu ilə anlaşma əldə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a klubun prezidenti Abdolbari Goozal məlumat verib.

Lakin A.Goozal həmin oyunçunun adını və mövqeyini açıqlamayıb. Onun sözlərinə görə, yeni transfer zəngin karyeraya malikdir.

Öz növbəsində, klubun mətbuat katibi Nurlan İbrahimov bir neçə oyunçu ilə prinsipial anlaşma əldə etdiklərini, amma rəsmi müqavilə bağlanılmadığı üçün ad açıqlaya bilmədiklərini söyləyib:

“Bizim prinsipimiz belədir ki, texniki cəhətdən problem yaranmaması üçün futbolçu ilə müqavilə bağlanmadan adını açıqlamağı düzgün saymırıq. Lakin deyə bilərəm ki, həmin oyunçu ön xətdə çıxış edir”.

Qeyd edək ki, hazırda “Qarabağ”da daha 2 ispaniyalı futbolçu forma geyinir. Bunlar yarımmüdafiəçi Miçel və Dani Kintanadır.

www.yenicag.az

1090
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100