Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib.
Çempionluq yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
www.yenicag.az