“Qarabağ” “Qəbələ”yə qalib gəldi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.

27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə “qırmızı-qaralar”dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, 8 oyundan maksimum xal toplayan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan “Qəbələ” isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Şamaxı”nı, “Səbail” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, “Neftçi” isə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək “Sabah” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05