“Qarabağ” qələbə ilə qayıdır…

media-hightechnic-468x90
img1662165“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı. Komandamız səfərdə “Dnepr”i 0:1 hesabı ilə məğlub etdi.
Bu qələbə “Qarabağ”ı Azərbaycanın futbol tarixinə növbəti dəfə yazdı. Avropa Liqasının qrup mərhələlərində indiyədək heç bir Azərbaycan klubu qələbə qazana bilməmişdi. Bu qələbənin həm də səfərdə qazanıldığını nəzərə alsaq, onun əhəmiyyəti daha da artır.
***
 
01.36
Hazırda Kiyevdə “Dnepr”lə qarşılaşan “Qarabağ”ın futbolçusu Muarem Muarem Ağdam klubunun tarixinə düşüb.
Makedoniya millisinin üzvü təmsilçimizin Avropa Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olub. “Sent-Etyen” və “İnter”lə qol “orucu”nu poza bilməyən Qurban Qurbanovun yetirmələri istəyinə çatıb. 0:1 hesabı ilə üstün olduğumuz görüşün 21-ci dəqiqəsində Muarem komandamızı sevindirib.
Qeyd edək ki, Muarem “Tvente” ilə Avroliqanın pley-off mərhələsinin cavab oyununda da fərqlənmişdi. Bakıda 0:0 hesabı ilə başa çatan qarşıladan sonra “Qarabağ” ümidini Hollandiyadakı cavab matçına yönəltmişdi. 38-ci dəqiqədə Luk Kastaynosun vurduğu topla hesabda geri düşən Ağdam klubunu 51-ci dəqiqədə makedoniyalı futbolçu sevindirmişdi. Onun fərqlənməsindən sonra “Qarabağ” ilk dəfə Avropa Liqasın qrup mərhələsinə vəsiqə qazanıb.
***
00.56
“Dnepr” – “Qarabağ” oyununda ilk hissə başa çatdı. 21-ci dəqiqədə Muarrem Muarremin vurduğu qol birinci hissədə yeganə oldu və “Qarabağ” fasiləyə üstün yollandı.
***
 
00.26
“Qarabağ” səfər oyununda hesabı açdı. Musavat.com xəbər verir ki, qolu Muharrem Muharrem vurdu.
***
 
00.05
Bu gün Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq.
Ağdam klubu III turun yekun matçında səfərdə Ukrayna “Dnepr”i ilə qarşılaşacaq. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə etməyə çalışacaq.
“Qarabağ”ın Dnepropetrovsk klubu ilə matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Qarşılşamanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun referisi isə Libor Kovarjik olacaq.
Qeyd dək ki, F qrupunun digər oyunda isə “İnter”lə “Sent-Etyen” münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
Qrup mərhələsi, III tur
F qrupu
23 oktyabr
00:05. “DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan)
Baş hakim: Libor Kovarjik
Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak
Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek
Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)
Kiyev. Olimpiya Milli İdman Kompleksinin stadionu

 

1 İnter 2 2 0 0 3-0 6
2 Sent-Etyen 2 0 2 0 0-0 2
3 Dnepr 2 0 1 1 0-1 1
4 Qarabağ 2 0 1 1 0-2 1

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600