Qarabağ separatçıları “parlament seçkiləri” keçirəcək
Separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyan mayın 3-də separtçı qurumda “parlament seçkiləri”nin keçirilməsi barədə sərəncam verib.
Seçkilər “parlament”dəki 33 kürsü uğrunda olacaq. Seçkilərə xarici dövlətlərdən müşahidəçilərin dəvət olunub-olunmayacağı isə hələ ki bəlli deyil.