“Qarabağ” və “Sabah” cərimələndi

media-hightechnic-468x90

Misli Premyer Liqasında çıxış edən “Kəpəz”, “Səbail”, “Sabah” və “Qarabağ” klubları cərimələnib.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

26.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” klubu 700 manat cərimə edilsin (maddə 37);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600