UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.
Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.
Oyunu üstün keçirən tərəf ola ağdamlılar bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.
Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.
Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da “Qarabağ” bu şanslardan istifadə edə bilməyib və matç bu hesabla da bitib.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
“Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Almeyda, 67
Baş hakim: Vladislav Bezborodov
Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin
Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
Bern. “Stad de Suiss”
“Yanq Boyz”: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 8. Yan Lekyaks, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo, 31. Yuya Kubo, 99. Juliam Oarao
Ehtiyat oyunçular: 1. Marko Völfli, 3. Floren Hadergyonay, 22. Qreqori Vütriş, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales, 20. Haris Tabakoviç, 77. Samuel Afum
Baş məşqçi: Harald Gemperle
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon
Baş məşqçi: Qurban Qurbanov
www.yenicag.az