“Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb.
Yenicag.az xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin ildönümüylə bağlı bu gün komandayla görüşüb. Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.
d/”]www.yenicag.az