Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçisi ölüb.
Yenicag.az Ermənistan mətbuatına istinadən bildirir ki, ötən gün axşam saatlarında Dağlıq Qarabağda 1992-ci il təvəllüdlü hərbi qulluqçu Suren Ayvazyanın yol qəzası nəticəsində ölüb.
Ölən əsgərin şimal istiqamətində dislokasiya olunmuş hərbi hissələrdən birində xidmət etdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az