“Qarabağ” yeni qapıçı transfer edir.
Yenicag.az xəbər verir ki, Ağdam klubu İtaliyanın “Peskara” komandasında çıxış edən Vinçentso Fiorillonu heyətinə qatmağa hazırlaşır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 1990-cı il təvəllüdlü futbolçunun “Peskara” ilə hələ daha bir mövsümlük müqaviləsi var. Bu üzdən də “Qarabağ” onu transfer etmək üçün 600 min avrosundan keçməlidir.
Məlumatda o da bildirilir ki, Fiorillo özü də Azərbaycan klubunda oynamağa razıdır. Ağdam təmsilçisi ona 2 illik müqavilə təklif edib. Yaxın günlərdə tərəflərin bu transferi yekunlaşdırması gözlənilir.
“Sampdoriya”nın yetirməsi olan futbolçu bu klubla yanaşı, “Recina”, “Spetsiya”, “Livorno”da da çıxış edib. 2014-cü ildə “Yuventus”a transfer edilsə də, bu komandada debüt şansı qazanmayıb.
www.yenicag.az