!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”da transfer HƏYƏCANI: Bu futbolçular komandaya qayıdır?

!Reklam – Yazi

“Qarabağ”dan gedən legionerlərin geri qayıtmasının effektiv olmayacağı artıq sübut olunub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ” futbol klubunun keçmiş futbolçularının komandaya yenidən cəlbinin mümkünlüyü və bunun effektivliyi haqda danışan tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, başqa komandada özünü göstərə bilməyən legionerlər “Qarabağ”da sürətlə inkişaf edirlər.

“Qarabağ”la bağlı belə bir mif formalaşıb ki, bu komandada inkişaf edib, başqa kluba gedən futbolçu orada özünü heç cür göstərə bilmir. “Qarabağ”dan gedib, sonradan qayıdan futbolçular – Reynaldo, Almeyda, Andrade, Geryeni xatırlayaq. Heç biri ikinci gəlişdə birinci kimi effektli ola bilməyib. Bunun səbəbi yəqin ki, sistem fərqidir. “Qarabağ”da müəyyən sistemə adaptasiya olan, uyğunlaşan futbolçular başqa kluba keçdikdə, fərqli sistemə, başqa məşqçinin futbol fəlsəfəsinə otura bilmirlər. Qurban Qurbanovun transfer siyasəti həmişə birmənalı olub. Oyun sisteminə, futbol fəlsəfəsinə uyğun gələnləri transfer edib. Ona görə də, başqa komandada özünü göstərə bilməyən legionerlər “Qarabağ”da sürətlə inkişaf edirlər. Bu amili nəzərə alsaq, “Qarabağ”dan gedən legionerlərin geri qayıtmasının effektiv olmayacağı artıq sübut olunub”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, komandadan gedəcək legionerlərin yerini köhnələrlə yox, yenilərlə doldurmaq lazımdır:

“Kadi həmin Kadi deyil. Bura qayıtsa, əvvəlki Kadi olacaqmı? Bunun üçün nə qədər vaxt lazımdır? Bu suallara birmənalı cavab vermək çətindir. Belə məqamda ən yaxşısı “yeni nəfəsdir”. Yəqin ki, “Qarabağ”ın bir neçə legioneri başqa klublara keçəcək. Onların yerini köhnələrlə yox, yenilərlə doldurmaq lazımdır. “Qarabağ” bu tendensiyanı davam etdirməlidir. Yəni, heç kimin tanımadığı futbolçuları cəlb edib, inkişaf etdirmək və sonra satmaq. Dünyanın bir çox ölkələrində klublar bu sistemlə maliyyə dayanıqlığına nail olurlar. “Qarabağ” Avropada tanınır. Onun futbolçularına maraq olacağı şəksizdir. Deməli, bu marağı biznesə çevirmək lazımdır ki, komandanın sabit maliyyə gəliri təmin edilsin. Lakin yerli futbolçularla bağlı məsələ fərqlidir. Mahir Emreli, Musa Qurbanlı “Qarabağ”a çox fayda verə bilərlər. Çünki Azərbaycan çempionatında limit var. Limit varsa, deməli, hər kəs ən güclü yerli futbolçuları heyətə cəlb etmək istəyər. Mahir Emreli, Musa Qurbanlı yerli çempionat üçün vacib oyunçulardır və şübhəsiz ki, “Qarabağ”ın gücünə güc qatacaqlar”.

Mütəxəssis əlavə edib ki, azərbaycanlı futbolçular xaricdə rəqabətə davamlı deyillər.

“Amma geniş anlamda onların Azərbaycana qayıtması futbolumuz üçün bədbin notdur. Azərbaycanlı futbolçular xaricdə rəqabətə davamlı deyillər. Deməli, futbolçu yetişdirilməsində əsaslı konsepsiya olmalıdır.

Azərbaycandan kənarda rəqabət apara biləcək futbolçular yetişdirilməlidir. Milli komandanın da uğurlu olması məhz bu amildən asılıdır. Amma təəssüf ki, ölkədə futbolun inkişafına cavabdeh olan şəxslər bunu görmürlər. Onların dərdi yığma komandaya əcnəbi baş məşqçi tapmaqdır. Azərbaycanın pulunu nəticəsi olmayacaq layihələrə xərcləmək üçün”, – deyə o bildirib.

İsmayıl Bakuvi

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv