Qarabağın işğalı İsveç sərgisində…

media-hightechnic-468x90

14141531805730561823_600x400İsveçin Göteborq şəhərində Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi haqqında kitabların sərgisi açılıb.

“Min Rost” (“Mənim Səsim”) Təşkilatı və Göteborq Azərbaycan Evinin “Bergsjön” mədəniyyət mərkəzində təşkil etdiyi sərginin açılış mərasimdə İsveç və ingilis dillərində kitab və kitabçalar təqdim olunub. Tədbirdə Azərbaycan diasporunun, habelə İsveçin bir sıra ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Göteborq Azərbaycan Evinin başçısı Rasim Cabbarov tədbirin əhəmiyyətini vurğulayaraq, sərginin qonaqlarına və iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının tarixindən söz açıb. O vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri dinc və silahsız azərbaycanlıları Dağlıq Qarabağdan və qonşu rayonlardan didərgin salıblar. Dünya misli görünməmiş vəhşiliyin şahidi olub, lakin təəssüf ki, bu hadisələrə beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməyib.

Rasim Cabbarov vurğulayıb ki, sərgidə nümayiş etdirilən kitab və kitabçalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının həqiqi tarixi əks olunub.

 

141415318044118681_600x400 14141531803955751979_600x400 14141531804388736700_600x400 14141531804858212684_600x400 14141531805730561823_600x400

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600