!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qardaşını itirən xalq artisti: “10 günün içində "əridi" getdi”  

!Reklam – Yazi

Çoxdandır səsi-sorağı gəlməyən xalq artisti Nəzakət Teymurova bir neçə aydır ki, yaradıcılığına fasilə verib.

Yenicag.az-a açıqlama verən sənətkar həyatında baş verən üzücü olayın səhnə fəaliyyətinə də təsirsiz ötüşmədiyini bildirib:

“Əhval-ruhiyyəm yaxşı deyil. Sentyabrın 25-də qardaşımı itirdim. Şəkər xəstəliyindən əziyyət çəkirdi, amma gözləmədiyimiz halda, 10 günün içində “əridi” getdi. Bu, həyatımda məni sarsıdan ikinci böyük itkidir. İllər öncə 28 yaşlı gənc bacımı itirdim. İndi də qardaşım… Anam da ağır xəstədir. İki dəfə infarkt keçirtmiş adamdır. Qardaşımın ölümündən sonra səhhəti daha da pisləşib. Ana üçün oğul itkisinin nə qədər ağır olduğunu təsəvvür etmək çətindir. Deyirsən-gülürsən, amma içindəki ağrını, dərdi unuda bilmirsən. Hələ də özümə gələ bilmirəm. Əlim-qolum sanki yanıma düşüb. Depressiyadan heç cür çıxa bilmirəm. Dostlarım sağ olsunlar: zəng edir, hal-əhval tutur, təsəlli verirlər. Amma itki çox ağırdır. İki aydan artıqdır ki, içimdə qovruluram. Deyirlər, efirlərə çıx, tədbirlərə get, dərdini unut, amma bacarmıram. Yeni ildən sonra sənət barədə düşünəcəm, hələ ki, bu itkiylə baş-başayam”.

Cəvahir

COP29

www.yenicag.az

9850
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv