Türkiyəli həkim Osman Müftüoğlu qarpızın faydalarından danışıb.
Yenicag.az xəbər verir ki, professor açıqlamasında qarpızın ağ hissəsində yüksək səviyyədə sitrülin olduğunu bildirib.
Sözügedən maddə isə viaqradan qat-qat daha faydalı və təbiidir.
Müftüoğlunun sözlərinə görə, sitrülin orqanizmə daxil olduğu halda qarpız çərdəyində yer alan arkinin maddəsinə çevrilir. Bu da cinsi aktivlik üçün hazırlanan dərmanları əvəz edir.
Bundan başqa qarpız A və C vitaminin özündə birləşdirir. Bu isə dərinin qırışmasının qarşısını alır, qan dövranını yaxşılaşdır, orqanizmə ehtiyac olan kalsiyumu təmin edir.
Qarpız böyrəkləri təmizləyərək, asma, ürək və damar xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır.
www.yenicag.az