Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal Dündara təşəkkür edib.
Demokrat.az xəbər verir ki, Akif Nağı Bilal Dündarın Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və ermənilərin işğalçılıq siyasətinin ifşa olunmasında böyük rola malik olduğunu söyləyib:
“Azərbaycan, Qarabağ adına gördükləri işlərə görə hörmətli Bilal Dündara təşəkkür edirik. Bilal bəy illərdi Türkiyə Azırbaycan Dərnəkləri Federasyonunun başqanı kimi Azəbaycan üçün mücadilə verir, çox işlər görür. İzmitdə “Azərbaycanın Səsi” dərgisini nəşr etdirir, Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edir, Azərbaycanlı tələbələri diqqət və qayğısında saxlayır, yorulmadan Qarabağ həqiqətlərini təbliğ edir, Bilal bəyin İzmitdə yaratdığı “Xocalı soyqırımi” muzeyinin hec bir yerdə anoloqu yoxdu. O , Azərbaycan, Qarabağ adına parkların, abidələrin açilmasına təşəbbüslər edib, nail olub. Bilal xocamız, başqanımızla Türkiyədə, Azərbaycanda hər dəfə görüşmək bizim üçün çox xoşdu”.
QAT sədri Bilal Dündarın lazımı səviyyədə dəstəklənməsi üçün Azərbaycan hökumətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə də çağırış edib:
“Bu böyük kişinin zəhmətinə dəyər verməli, gözümüz üstündə saxlamalıyıq. Bəzən bəzi məmurlardan incik danışır. Olmaz, bu cür kişiləri incitmək olmaz. Bu kişini incitmək yox, qədrini bilmək lazımdı”.
www.yenicag.az