Qatar qəzaya uğradı-12 ölü
Hindistanın cənubunda Xosure şəhərində sərnişin qatarının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, azı 150 nəfər xəsarət alıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, xəstəxanalara çatdırılan azı 34 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerində xilasedici tədbirlər davam edir. İlkin ehtimala görə, qəzaya səbəb qatarın yoluna dağdan düşən qaya parçası olub.