“Qayıdanda yükləri ölülər olacaq”

media-hightechnic-468x90

publika.az14087085421407857511_1706Rusiyanın “humanitar yardım” karvanı adı ilə Ukraynaya hərbi texnikanı idarə etmək üçün insanlar qrupu daxil olur.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko bildirib.

“Bu avtomobillərin mülki avtomobillərlə ümumi heç bir əlaməti yoxdur. Bunlar silahların daşınması üçün nəzərdə tutulmuş hərbi avtomobillərdir. Sürücülər isə qısa müddət ərzində xarici səfər üçün pasport alan və hərbi avtomobilləri idarə etməyi öyrənən hərbçilərdir”, – Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri deyib.

Onun sözlərinə görə, avtomobillər orduda geniş istifadə olunan xaki rənginin üstündən müvəqqəti ağ rənglə rənglənib. V.Nalivayçenko humanitar yüklərin dinc əhaliyə deyil, terror qruplaşmalara göndərildiyini qeyd edib.

O həmçinin bildirib ki, humanitar yardım gətirən avtomobillərdən ölənlərin Ukrayna ərazisindən daşınması üçün istifadə edilməsi planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600