Qaz sayğacları ilə bağlı xidmət haqqı açıqlandı

media-hightechnic-468x90

Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı məlum olub.

Yenicag.az xəbər verir ki, bu ödənişləri Azərbaycan Metrologiya İnstitutu açıqlayıb.

Sayğacın növündən asılı olaraq ödənişləri təqdim edirik:

– diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi – 7.29 manat;

– G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi – 39.10 manat;

– diafraqma tipli G4, G6 (İtron) smart-kart sayğaclarının müayinəsi – 7.21 manat;

– G10 (Gulf), G10 (İtron) smart-kart sayğaclarının müayinəsi – 35.26 manat.

Yalnız “Azəriqaz”ın sayğacda nöqsan olduğuna şübhəsi olarsa, müayinə pulsuz aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa