!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan AZAL-ın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı

!Reklam – Yazi

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını elan edib. 

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, – deyə nazirlikdən bildirilib.

Daha əvvəl bildirilmişdi ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutularından alınan məlumatların təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Bildirilib ki, “Embraer-190” təyyarəsindən məlumatlar qəzanı araşdıran Qazaxıstan orqanlarına göndərilib./unikal

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv