Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır
Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə Yenicag.az-a nazirlikdən bildirilib.
Qonaqlar əvvəlcə Azərbaycan KiberTəhlükəsizlik Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qonaqlar daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar. Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib. Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.












